6 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Qarabağ” rekorda imza atdı

“Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl 10-cu qələbəsini qazanıb.Futbolxeber.az saytının məlumatına görə, bu, klub tarixinin Azərbaycan çempionatlarındakı yeni rekordudur. Ötən tur 5 il əvvəlki rekordunu təkrarlayan Ağdam təmsilçisi XXXIII turun “Sumqayıt”la ev oyununda qalib gəlib, seriyasını 10-a çatdırıb. 1:0-la gələn 10-cu qələbəni qazandıran qol isə yubiley xarakteri daşıyıb. Belə ki, Əfran İsmayılovun 3 xal qazandıran qolu “Qarabağ”ın Azərbaycan çempionatları tarixində öz meydanında vurduğu 600-cü qol olub. Bu göstəricidə yalnız 701 qol vuran “Neftçi”dən geri qalan Ağdam təmsilçisi 600-ə 338-ci matçda çatıb. 227 qələbə qazanıb, 65 heç-heçə edib, 46 dəfə uduzduğu görüşlərdə əyalət klubu 237 qol buraxıb (pfl.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31