23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

“Qəbələ”dən hazırlıqlara davam

Azərbaycan Premyer Liqasının XXXII turunun “Neftçi” ilə ev oyunundan (2:2) sonra məşqlərinə ara verməyən “Qəbələ” dünən hazırlığını davam etdirib. Futbolxeber.az saytının məlumatına görə, günün ilk yarısında bir araya gələn “qırmızı-qaralar” iki qrupda hazırlıq keçib. Çempionat oyununda meydana çıxanlar bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə toplu çalışmalarla növbəti matça hazırlaşıblar. “Neftçi” ilə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununun hazırlığında yalnız Dodo və Sergey Zenyov komanda ilə çalışmayıb. Hər iki legioner fərdi hazırlıq keçib. Roman Qriqorçukun yetirmələri mayın 4-də baş tutacaq matçın hazırlığını sabah yekunlaşdıracaq. Xatırladaq ki, mayın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31