23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

“Neftçi”nin ümidi qaldı Allaha

"Neftçi” klubu qarşıdakı günlərdə FIFA tərəfindən cəzalana bilər. Belə ki, Emil Mpenzaya olan borcun ödənilməsinə görə ali futbol qurumu tərəfindən qoyulan tarix bitmək üzrə olsa da, “ağ-qaralar” hər hansı bir ödəniş etməyib. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov Futbolxeber.az saytına açıqlamasında bunları deyib: “Dəqiq tarixin nə vaxt bitdiyini bilmirəm. Bu günə qədər hər hansı ödəniş olmayıb. Məbləğ həddindən çox böyükdür. Bundan sonra necə olacağını bilmirik”.

“Demək olar ki, “Neftçi” artıq taleyi ilə barışıb” sualını klub rəsmisi belə cavablandırıb: “Hazırda əldən heç nə gəlmir. Hər hansı cəza gəlsə, nə etmək olar kı? Bununla yalnız razılaşmalıyıq. Cəza məktubunda qeyd olunub ki, pul ödənilməlidir. Biz də həmin pulu ödəməliyik”.

Qeyd edək ki, “Futbol+” qəzeti “Neftçi” üçün qoyulan tarixin dünən bitdiyini yazıb.

Onu da əlavə edək ki, FIFA “Neftçi”nin aktivindən xal silə bilər. Bundan başqa, komandanın I diviziona göndərilməsi də istisna deyil. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31