Ölkə futbolu
Bolqar silləsi...
Həftə arası yığma komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxdı. Görüşdən əvvəl hər kəs - AFFA rəsmiləri, Berti Foqts, eləcə də futbolçularımız iddialı danışırdılar. Yox, heç kim “Bolqarıstanı mütləq məğlub edəcəyik” demirdi. Amma “məqsədimiz qrupda üçüncü yeri tutmaqdır” fikrinin özü elə ən böyük iddia idi. Aydın məsələdir ki, qrupda üçüncü yeri tutmaq istəyən komanda, turnirdəki ilk oyununda, özü də özü kimi üçüncü yerə iddia edən rəqibi mütləq məğlub etməlidir.
Kiminsə gözündə Bolqarıstan millisi güclü rəqib ola bilər. Lakin FİFA reytinqində bu komanda yığmamıza qonşu idi. Biz 73-cü, onlar isə 72-cidirsə, deməli “komandalar arasında səviyyə fərqi var idi” bəhanəsi bu oyuna aid edilə bilməzdi.
Haşiyə çıxaraq qeyd edim ki, həmişə nəyəsə görə Azərbaycanı bədxah qonşularımızla müqayisə etməyin əlehinə olmuşam. Amma futbolçularımızın (bu əslində hamısına yox, milliyə qeyri-ciddi yanaşanlara aiddir - İ.C.) utanması üçün deməliyəm. 11 ay əvvəl Ermənistan millisi Bolqarıstanı öz meydanında 2:1 hesabı ilə məğlub etmişdi. Ermənilər bunu bacarırsa, biz niyə eyni qələbə sevincini yaşamamalıydıq?..
Foqtsun meydana buraxdığı heyəti ideal saymaq olardı. Yəni, alman mütəxəssisin yığmaya dəvət etdiyi futbolçuların fonunda bu heyət ideala yaxın idi. Yeganə gözlənilməzlik Rahid Əmirquliyevin ilk “11-lik”də olmaması idi. Digər yandan da Foqts, nəhayət ki, daşı ətəyindən tökərək müdafiənin mərkəzində “Qarabağ”ın heyətində inamlı təsir bağışlayan Rəşad Sadıqov-Bədavi Hüseynov ikilisinə güvənmişdi. Oyuna əksəriyyətimiz baxmışıq. Odur ki, uzun-uzadı 90 dəqiqə ərzində meydanda baş verənləri xatırlatmağa ehtiyac yoxdur. Qısaca onu deyim ki, 90 dəqiqə bu rəqibi evə əliboş yola salmağın mümkünlüyünü göstərdi. Özü də rahat şəkildə. Rauf Əliyev matçın əvvəlində başla dəqiq oynasaydı, qalib gələr bilərdik. Bu, öz yerində. Amma elə 1:1-dən sonra da 3 xal qazanmaq mümkün idi. Bunun üçün yalnız bir qədər cəsarətli olmaq, Penev kimi Foqtsun da meydana hücumçu buraxması lazım idi. Hər halda, hesab bərabərləşdikdən sonra heç nə ilə yadda qalmayan Rüfət Dadaşovu Vüqar Nadirov, ən pis halda Cihan Özkara ilə əvəzləmək olardı. Amma Foqts Ruslan Abışovu Tərlan Quliyevlə əvəzləməklə, beşli müdafiəyə keçdi. Bu isə onu göstərdi ki, alman məşqçini bu oyunda 1 xal da qane edir. Yəni, onun beynində “mütləq qələbə qazanmalıyıq” fikri yox idi.
Qorxaqlar isə daim məğlubiyyətə məhkumdurlar. Foqts qorxub müdafiəni gücləndirdi, Penev hücumu. Yekunda da 3 xal Bolqarıstanın oldu.
Özbəkistanla oyundan əvvəl Foqts mətbuat konfransında, “Bolqarıstanı hərtərəfli analiz etmişik. Onlar bizi heç nə ilə təəccübləndirə bilməz” demişdi. Cənab Foqts, kimin kimi necə analiz etdiyini gördük. Bu məğlubiyyət Foqtsun “məqsədimiz qrupda üçüncü olmaqdı” iddiasın nağıl olduğunu göstərdi. Bolqarıstana da bizi Avro-2016 yuxusundan tez oyatdığı üçün təşəkkür edək. Foqtsun təsirinə necə düşmüşdüksə, bir anlıq özüm də bu nağıla inanmağa başlamışdım. Amma bolqar silləsi bizi ayıltdı.
“Neftçi”nin, “Qarabağ”ın uğurlarını qısqanaraq Foqtsun Avro-2016 eşqinə düşməsi təqdirəlayiq haldır. Hər halda, iddia yaxşı şeydir. Amma görünür bizdən fərqli olaraq Almaniyada “adam ayağını yorğanına görə uzadar” məsəli yoxdu. Olsaydı, Foqts bizə nağıl danışıb, yığmanın qrupda üçüncü ola biləcəyini deməzdi. Hələ də anlamıram ki, biz heç, AFFA rəhbərliyi bu nağıla necə inanır? Lap Rövnəq Abdullayevi, Elşad Nəsirovu, Rauf Əliyevi başa düşdük, vaxtları azdır. Vəziyyətin nə yerdə olduğunu dəqiqliyi ilə bilməyə bilərlər. Bəs, Elxan Məmmədov? Baş katib nəyə əsasən iddia edirdi ki, komandamızın üçüncü olacağına inanır?
Federasiya rəsmilərinin Foqtsu müdafiə etmələri də başadüşüləndir. Amma unutmamalıdırlar ki, ölkə futbolunun nəticəsinə görə cavabdeh şəxs onlardır.
Oyundan sonrakı mətbuat konfransında aradan çıxan Foqts, ilk növbədə o tərbiyəsizliyi Azərbaycan yığmasına, tutduğu vəzifəyə, salonda yayında əyləşənlərə qarşı etdi. Bolqar jurnalistlər də Azərbaycan yığmasının baş məşqçisinin necə biri olduğunu gördülər. Sabah komandamız Bolqarıstana gedəndə çətin ki, onlar Foqtsa hörmətlə yanaşsınlar...
Foqts “növbəti oyunlarda uğur qazanmağa çalışacağıq” deyir. Hansı oyunda, hansı uğuru? Öz meydanında Bolqarıstana uduzan komandanın Xorvatiya və İtaliya səfərində nəinki qələbə, heç bir xal qazanması da mümkünsüzdür. Azərbaycan yığması bu gedişlə nəinki qrupda üçüncü, heç dördüncü yeri də tuta bilməyəcək.
Oyun bitdi, Foqts gecə ilə Bakını tərk etdi. Yəqin ki, bu məğlubiyyətə görə hesabatı Almaniyadan telefon, ya da skayp vasitəsi ilə verəcək. Məzəniz olsun, heç olmasa Foqtsu Bakıda 1 gün artıq saxlayıb, yalandan da olsa “məğlubiyyətin hesabını ver” deyərdiz.
İBRAHİM, “Het-trik news” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:44
PSJ - "Lion" oyununun vaxtı iğtişaşlara görə dəyişdirildi
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:54
“Araz-Naxçıvan” “Qəbələ”yə uduzdu, “Zirə” “Sumqayıt”a qarşı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:38
Stoiçkov: “Azərbaycandakı dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
23.10.2026
22.10.2026
























