23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

Diniyev “İnter”in tarixində 87-ci oldu

Azərbaycan Premyer Liqasında 5-ci tur çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirilən oyun “İnter”in yarımmüdafiəçisi Coşqun Diniyev üçün əlamətdar olub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Diniyev “bankirlər”in heyətində həmin matçda ikinci qolu vurub. Bu, gənc yarımmüdafiəçi üçün əsas komandanın heyətində rəsmi oyunlarda vurduğu ilk qol olub. C.Diniyev “İnter”in heyətində Azərbaycan Çempionatının oyunlarında fərqlənə bilmiş sayca 87-ci futbolçu kimi də siyahıya düşüb.

Baçana Tsxadadzenin qolu “İnter”in formasında çempionat oyunlarında vurduğu sayca 26-cı olub. Gürcüstanlı forvardın rəsmi oyunlarda vurduğu qolların ümumi sayı 35-ə çatır və bu, klubun tarixində ən yaxşı nəticədir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31