2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Basketbol

"Bəsit səhvlərə görə uduzduq"

“Bu matça yaxşı hazırlanmışdıq, amma təəssüf ki, müdafiədə çoxlu səhvlərimiz oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Sərhədçi" basketbol komandasının baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis "Abşeron"a 75:77 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının XVII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: "Bizi kədərləndirən odur ki, bu qədər ciddi hazırlaşdığımız, rəqibin də çox səhvinin olduğu görüşdə qalib gələ bilmədik. Müdafiə motivasiyası matçın əvvəlindən sonunadək eyni olmalıdır. Hücum ribaundları ala bilmiriksə, erkən faullar etməsək, A qrupunda favorit ola bilmərik".

O, hər zaman eyni səviyyədə oynamalı olduqlarını söyləyib: "Bəsit səhvlərə görə uduzduq. Üzgünük, amma həyat davam edir. Ümidvaram ki, liqanı gözəl şəkildə tamamlayarıq. Bilirik ki, qrupda neçənci olmağın önəmi yoxdur, pley-off matçları oynayacağıq. İstəyimiz bu qədər çox məğlubiyyət almaq deyildi. Səhvlərimizdən dərs çıxarmalıyıq. Növbəti kubok oyunumuza motivasiyalı olmalıyıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31