2 Aprel 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Xarici futbol

Hafiz Məmmədovun komandası üçün sərfəli nəticə

Fransa çempionatında 13-cü tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, turun açılış oyununda “Renn” “Loryen”i 1:0 hesabı ilə məğlub edib. Görüşün taleyini həll edən yeganə qolu 89-cu dəqiqədə Pedro vurub.

Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran “Renn” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. 10 xala malik “Loryen” isə 18-ci pillədə qalıb. “Loryen”in yenilgisi Hafiz Məmmədovun sahibi olduğu “Lans”a sərf edir. Çünki hazırda “Lans”ın 11 xalı var və komanda 17-ci pillədə qərarlaşıb. Əgər, “Loryen” “Renn” səfərindən xalla qayıtsaydı, o zaman Hafiz Məmmədovun komandası təhlükəli zonaya enəcəkdi.

Qeyd edək ki, 13-cü tur çərçivəsində “Lans” sabah öz meydanında “Bordo”nu qəbul edəcək. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30