9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Digər idman növləri

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

Milli Paralimpiya Komitəsində (MPK) Tunis Qran-prisində uğur qazanan nüvəitələmə üzrə paraatletlərlə görüş təşkil olunub.

Futbolxeber.az saytının MPK-ya istinadən verdiyi məlumata görə, tədbirdə turnirin gümüş və bürünc medalçıları - Oloxan Musayev, Samir Nəbiyev, Rüfət Rəfiyev və Elvin Astanov, həmçinin yığmanın baş məşqçisi Oleq Panyutin iştirak ediblər.

Görüş zamanı Tunis Qran-prisində nümayiş etdirilən çıxışlar barədə danışılıb, idmançıların yarışla bağlı təəssüratları dinlənilib.

Eyni zamanda, qarşıdan gələn beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri ətrafında müzakirələr aparılıb.

MPK-nın baş katibi Toğrul Rəhimov paraatletləri uğurlu nəticələr münasibətilə təbrik edib, onların gələcəkdə də Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.

Görüşdə qurumun prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və komitənin digər nümayəndələri də iştirak ediblər.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31