20 Noyabr 2026, Cümə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Digər idman növləri

Tahir Abdullayev: “UFC-də çıxış etdiyim üçün çox xoşbəxtəm”

“UFC-də çıxış etdiyim üçün çox xoşbəxtəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan döyüşçüsü Tahir Abdullayev Bakıda keçiriləcək UFC turniri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

İdmançı doğma azarkeşlər önündə döyüşməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib: “İnsanların bizi bu qədər dəstəkləməsi sevindirici haldır. Öz ölkəmdə döyüşmək mənə əlavə motivasiya verir. Burada çox güclü idmançılar çıxış edəcək. Hazırda mübarizə apardığım 77 kiloqram çəki dərəcəsindən razıyam”.

Tahir Abdullayev UFC-yə gedən yolundan da danışıb: “Əvvəlcə Əbu-Dabidə keçiriləcək turnirdə iştirak etməyim nəzərdə tutulurdu. ABŞ-də hazırlıq keçdiyim müddətdə əsas məqsədim UFC-yə vəsiqə qazanmaq idi. Xoşbəxtlikdən buna nail oldum”.

Qeyd edək ki, Tahir Abdullayev UFC turniri çərçivəsində Milli Gimnastika Arenasında braziliyalı Ceferson Nasimento ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30