19 Avqust 2026, Çərşənbə
"Neftçi"də serbiyalı vinger
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start

Digər idman növləri

Azərbaycanlı pilot Formula 4-də debüt etdi

Azərbaycanlı pilot Davin Cəfərov “Formula-4” yarış sessiyasında debüt edib.

Futbolxeber.az saytının məlumatına görə, test yürüşləri Portuqaliyanın Portimau şəhərində - ən çətin və müasir traslardan birində keçirilib. Bu trekdə “Formula-1” və MotoGP kimi nüfuzlu yarışlar da təşkil olunur.

“Formula-4”də yeni iştirakçılar üçün, xüsusilə ikinci sessiyadan sonra qəzalar adi hal sayılsa da, Cəfərov ilk testini qəzasız başa vurub. O, yağışlı hava şəraitində 224 km/saat maksimal sürətə çataraq yüksək performans nümayiş etdirib.

Buna baxmayaraq, sponsor məsələləri həll olunmadığı üçün azərbaycanlı pilot cari mərhələdə yarışa qatıla bilməyəcək. Cəfərov maliyyə problemləri aradan qalxdıqdan sonra əvvəlcə “F-4”də, daha sonra “F-3” və “F-2”də gözləntiləri doğruldaraq əsas məqsədi olan “Formula-1”ə doğru irəliləyəcəyinə inanır. Onun əsas hədəfi Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil etməkdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31