3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Milli Paralimpiya Komitəsinin yeni loqoları təqdim olunub

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) yeni və 30 illik yubiley münasibətilə hazırlanan loqoları təqdim olunub.

Futbolxeber.az saytına MPK-dan verilən məlumata görə, ilk baxışdan olduqca sadə görünən yeni loqo özündə böyük mənaları və Paralimpiya ruhunu ehtiva edir. Loqoda üçrəngli bayrağımızı sürətlə zəfərə doğru aparan paralimpiyaçımız əks olunub. Eyni zamanda, rənglərdən mavi özünəinamı, qırmızı əzmlə irəliləməyi, yaşıl isə güc və qüvvəni simvolizə edir.

Komitənin adının aşağısında isə Beynəlxalq Paralimpiya Komitəsinin loqosu göstərilib.

Qeyd edək ki, loqo Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən rəsmi şəkildə təsdiqlənib.

1996-cı ildə təsis olunan və 2026-cı ildə 30 illik yubileyini qeyd edən Milli Paralimpiya Komitəsinin yeni loqoya uyğunlaşdırılmış yubiley loqosu da ictimaiyyətə təqdim edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31