3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Həndbol üzrə Lənkəran birinciliyinin mükafatçıları müəyyənləşib

Lənkəran Olimpiya İdman Kompleksində həndbol üzrə 2012-2013-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında rayon birinciliyində mükafatçılar bəlli olub.

Futbolxeber.az saytına Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, Lənkəranın ümumtəhsil məktəblərini təmsil edən 16 komanda 2 qrupda mübarizə aparıb.

İki gün davam edən yarışın finalında Lənkəran şəhər 2 və 6 saylı orta məktəblərin komandaları üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşmədiyi üçün tərəflər 7 metrlik cərimə zərbələri ilə mübarizəyə yekun vurublar.

Penaltiləri daha dəqiq yerinə yetirən 2 saylı tam orta məktəbin komandası turnirin qalibi olub. Şıxakəran tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub. Reqlamentə əsasən, şəhər 2 saylı məktəbin komandası kubokla yanaşı, Azərbaycan birinciliyinin zona yarışlarına vəsiqə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31