3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Üzgüçülük və Triatlon federasiyaları arasında memorandum imzalanıb

Azərbaycan Üzgüçülük Federasiyası və Azərbaycan Triatlon Federasiyası arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, memoranduma əsasən, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar. Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi nəzərdə tutulur. Həmçinin üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlon idman növlərinə cəlb edilməsi, üzgüçülüklə məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstəyin göstərilməsi, idmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin məşq və təlim prosesinə cəlb olunması məsələlərində dəstəyin göstərilməsi planlaşdırılır.

Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31