3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Sumqayıtda cüdo üzrə "İstedadların seçimi" turnirinin I turu keçiriləcək

Fevralın 7-8-də Sumqayıt Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında "İstedadların seçimi" turnirinin I turu keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, yarışda 73 klub və idman cəmiyyətindən olan 346 idmançı (300 oğlan, 46 qız) ümumilikdə 14 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

"İstedadların seçimi" turnirinin keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.

Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaqlar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31