3 Aprel 2026, Cümə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Digər idman növləri

Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək

Martın 16-17-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək.
 
Futbolxeber.az saytına AKAF-nin mətbuat xidmətindən verilən məlumata görə, yeniyetmə və gənclər arasında turnir Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.
 
Ölkə birinciliyində 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparacaq.
 
İdmançılar akademik növdə 1, 2 və 4 nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, 1 nəfərlik kanoedə 200, 500 və 1000 metr, 1, 2 və 4 nəfərlik kayakda 200, 500 və 1000 metr məsafələrdə medal qazanmağa çalışacaqlar.
 
İlk dəfə ölkədaxili turnirlərdə 4 nəfərlik kayak qayığında yarış keçiriləcək. Qaliblər diplom və medallarla mükafatlandırılacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30