3 Aprel 2026, Cümə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Digər idman növləri

Azərbaycan cüdoçuları Avropa Kubokunu 5 medalla tamamladı

Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokunu 5 medalla tamamlayıblar.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günündə idmançılarımız bir gümüş və bir bürünc medal qazanıblar.

Oğlanlar arasında 73 kq çəkidə Ayxan Həsənli gümüş medalın sahibi olub. 90 kq çəki dərəcəsində tatamiyə çıxan Səid Hüseynov isə bürünc medala yiyələnib.

Qeyd edək ki, ilk yarış günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdı.

Beləliklə, Avropa Kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vuran millimiz ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30