2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

ACF rəsmiləri seminarda iştirak ediblər

Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri bu idman növündəki yeni qaydalarla bağlı təşkil olunmuş texniki seminarda iştirak ediblər.

Futbolxeber.az saytına ACF-nin mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi tədbir iki gün davam edib.

Seminara vitse-prezident Elnur Məmmədli, ACF-in prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, hakimlər üzrə menecer Mətin Rəhimli, hakimlər Arzu Acalova, Fariz Hüseynov, Akif Tahirov və Nazim Umbayev qatılıblar.

Burada IJF-in Təhsil, Hakimlik və İdman Komissiyaları yeni qaydaları ətraflı izah edib və əyani şəkildə nümayiş etdiriblər.

IJF dekabrın 13-də cüdoda tətbiq ediləcək yeni qaydaları rəsmən elan edib.

Paris-2024 Yay Olimpiya Oyunlarından sonra aparılan təhlil və müzakirələrin nəticəsi olaraq qaydalar növbəti Olimpiya dövrünə uyğunlaşdırılıb və yenilənib. Yeni qaydaların 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi və 2025-ci ilin iyununda keçiriləcək böyüklər arasında dünya çempionatından sonra yenidən nəzərdən keçiriləcəyi bildirilib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31