3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycanın voleybol hakimi beynəlxalq kursda iştirak edib

Azərbaycanın voleybol hakimi Kəmalə Əskərova Avropa Hakimlər Komissiyası (ERC) tərəfindən təşkil olunan Avropa Beynəlxalq Hakim Namizədi Kursunda iştirak edib.
 
Futbolxeber.az saytının Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 23-dən mayın 1-dək Bolqarıstanda Avropa Beynəlxalq Hakim Namizədi Kursu (EIRCC) keçirilib.
 
Sofiya şəhərində təşkil olunan tədbirdə 21 ölkədən 23 gənc hakim iştirak edib. Ölkəmizdən isə kursa yalnız respublika dərəcəli hakim K.Əskərova qatılıb.
 
Qeyd edək ki, kurs doqquz gün davam edib. Nəzəri və praktik hissələrdən ibarət olan təlimlərin yekununda bütün iştirakçılar buraxılış imtahanlarından uğurla keçərək diploma layiq görülüblər.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31