15 Fevral 2026, Bazar günü
Rəşad Sadıqovdan qələbə şərhi
"Qarabağ" və "Zirə" qalib gəldi
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi

Digər idman növləri

“Bakı-2017” üçün daha bir tərəfdaş

Kapital Bank “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olub. Futbolxeber.az-ın məlumatına görə, bununla bağlı 24 aprel tarixində Kapital Bank və Bakı 2017 Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
 
İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və “Bakı-2017”nin Əməliyyatlar Komitəsinin Korporativ direktoru Elçin Səfərov iştirak ediblər.
 
“Son illər ərzində Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, mötəbər idman yarışları keçirilir. Bu il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları da belə tədbirlər sırasındadır. Kapital Bank olaraq belə tədbirə dəstək göstərməkdən qürur duyuruq. Əminliklə söyləmək olar ki, I Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək, qonaqların və iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
 
Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28