18 Noyabr 2026, Çərşənbə
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi

Futzal

Futzal üzrə birinci liqada çempion müəyyənləşdi

Futzal üzrə birinci liqada 2025-2026-cı illər mövsümünə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, ötən mövsümün qalibi “Baku Fire-2” bu dəfə bürünc uğrunda matçda “Xan-Lənkəran”la gücünü sınayıb. Oyun "Xəzər-Lənkəran"ın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Final qarşılaşmasında isə qızıl medalı ötən il “Baku Fire-2” ilə dueldə əldən verən, əvəzində Azərbaycan kubokunu qazanan PFL və “STAR kargo” üz-üzə gəlib. Görüş PFL-in 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. “Xan-Lənkəran”, “STAR kargo” və PFL komandalarına müvafiq olaraq bürünc, gümüş və qızıl medallar və diplomlar, Birinci Liqanın qalibinə çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının əməkdaşları -  Xosrov Məmmədov və Həsən Əliyev təqdim ediblər.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30