30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Futzal

“Neftçi” İK vahid lider oldu

Futzal üzrə Yüksək Liqada XV turun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, III dövrənin son turunun ilk matçında medallar uğrunda mübarizə aparan “Baku Fire” “Şuşa” ilə qarşılaşıb. Gərgin və qol epizodları ilə zəngin olan matçda “Baku Fire” 3 xalı aktivinə yazdırıb.

Turun mərkəzi oyununda eyni xala malik və turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandalar qarşılaşıb. Birinci hissədən sonra “Araz-Naxçıvan” lider olsa da, fasilədən sonra geridönüş edən “Neftçi” İK qələbə qazanmaqla vahid lider olub.

Günün sonuncu matçı isə baş tutmayıb. “Lənkəran” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə, U-19-la matçın nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.

19 mart

“Baku Fire” - “Şuşa” - 8:4

Qollar: Kənan Manafov, 2:18, Ümid Qəhrəmanov, 8:58 ö/q, Məhəmməd Abbasov, 9:25, 24:55, 25:16, 32:21, Rüfət Məmmədli, 16:41, Nurlan Məmmədov, 28:32 // Sadegh Javiditabar, 4:05, 20:59, Namiq Məmmədkərimov, 18:40, Anar İsayev, 26:07

“Araz-Naxçıvan” - “Neftçi İK” - 2:4

Qollar: Filipe, 10:09, Emil Həsənzadə, 13:41 ö/q // Fərid Atakişiyev, 10:45, Markus Vinisius, 25:31, 30:23, Allef Maiolli, 39:36








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30