3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi yekunlaşıb

Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, keçirilməsi nəzərdə tutulan 4 oyundan 3-ü baş tutub.

"Yeni Suraxanı" U-19-la görüşə gəlmədiyinə görə, texniki məğlubiyyət alıb.

Günün ilk matçında "Baku Fire-2" böyükhesablı qələbə qazanıb. I Liqanın iddialı təmsilçilərindən "STAR kargo" - "Şuşa" dueli isə ən maraqlı görüş olub. Matçın əvvəlində Yüksək Liqa klubu hesabda öndə olsa da, aşağı liqa təmsilçisi sona yaxın hadisələrin axarını xeyrinə dəyişib və qələbə qazanıb.

Son görüşdə isə Azərbaycan Kubokunun son qalibi olan PFL böyükhesablı qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb.

"Ulduz" - "Baku Fire-2" - 1:12

"STAR kargo" - "Şuşa" - 10:8

"Timsport" - PFL - 4:15

Beləliklə, martın 15-də keçiriləcək 1/4 final mərhələsində bu komandalar qarşılaşacaq:

U-19 - PFL

"Lənkəran" - "Baku Fire-2"

"STAR kargo" - "Neftçi" İK

"Xan-Lənkəran" - "Araz-Naxçıvan".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31