30 Sentyabr 2026, Çərşənbə
Canninin gəlişindən sıxılan canlar
U-21 millimiz Şotlandiyaya qarşı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Futzal

Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb

Azərbaycan millisinin keçmiş üzvü Elvin Quliyev Finlandiyanın futzal millisindən təklif alıb.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Futzal üzrə məşqçi kurslarını Finlandiya Futbol Federasiyasında keçən və yekunda UEFA-nın B lisenziyasını alan həmyerlimiz bu ölkənin futzal üzrə əsas millisinin baş məşqçisi vəzifəsinə namizəddir. Belə ki, skandinaviyalılar E.Quliyevə müraciət edərək özü ilə bağlı məlumatları federasiyanın namizədlər üçün yaradılmış bölməsinə yerləşdirməsini xahiş ediblər. Seçimlərin nəticəsi yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Elvin Quliyev “Turan AİR”, “Asfarma”, TT, “Neftçi” İSM, “Əmrahbank”, “Baku Fire”, “İtaldizayn” futzal klublarının formasını geyinib, Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. O, müxtəlif illərdə Azərbaycan millisinin heyətində də çıxış edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30