3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

Bakıda futzal hakimləri və inspektorlar üçün seminar keçirilib

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Bakıda futzal hakimləri və inspektorları üçün seminar keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, üç gün çəkən seminara UEFA-nın futzal üzrə eksperti və instrukturu Peri Qotye rəhbərlik edib.

O, iştirakçılar üçün nəzəri və praktiki məşğələlər keçərək oyun qaydalarındakı son dəyişiklikləri, müasir hakimlik prinsiplərini və epizodların analiz metodlarını təqdim edib.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən gəlmiş aparıcı və gənc futzal hakimləri, eləcə də onların fəaliyyətini qiymətləndirən inspektorlar iştirak ediblər. Seminarın təşkilində əsas məqsəd Azərbaycan futzal hakimliyinin beynəlxalq standartlara uyğun inkişafına və UEFA ilə əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək olub.

Peri Qotye iştirakçıların yüksək maraq və fəallıq göstərdiyini qeyd edib və seminarın Azərbaycan futzalında hakimlik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacağına inandığını bildirib.

AFFA nümayəndələri göstərilən dəstəyə görə UEFA-ya və Peri Qotyeyə təşəkkür edib, belə təlimlərin davamlı keçirilməsinin futzal hakimliyinin inkişafında vacib rol oynadığını vurğulayıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31