8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Futzal

"Araz-Naxçıvan" liderliyini möhkəmləndirdi

Futzal üzrə Azərbaycan Yüksək Liqasının XVI turunda "Araz-Naxçıvan" əsas rəqiblərindən olan "Baku Fire" klubunu məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi" İK - "Şuşa" matçı birincilərin 6:3 hesablı üstünlüyü ilə nəticələnib.

Turun son matçında U-19 "Yasamal Baku" üzərində 7:4 hesablı əzmkar qələbə qazanıb.

Qeyd edək ki, bu oyunlardan sonra "Araz-Naxçıvan" xallarının sayını 40-a yüksəltməklə lider mövqeyini bir qədər də möhkəmləndirib. "Neftçi" İK 37 xalla ikinci pillədə qərarlaşıb. Yüksək Liqada ilk "3-lüy"ü 35 xalla "Baku Fire" qapayır. "Şuşa" (18 xal) dördüncü, U-19 (12 xal) beşincidir. Xalı olmayan "Yasamal Baku" isə sonuncu - altıncıdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31