20 May 2026, Çərşənbə
FİFA referiləri I Liqa oyunlarında
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da
Aleksandr Ramalinqomun yubiley qolu

Futzal

Millimizin baş məşqçisi: “Uşaqlar start həyəcanını boğa bilmədilər”

"Rəqibimiz güclü komandadır. Həm də kifayət qədər təcrübəlidirlər. Taktiki, texniki və fiziki baxımdan hazırlıqlı idilər".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin baş məşqçisi İlqar Aslanov Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina ilə oyundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandasının 2:10 hesabı ilə uduzduğu matçı belə şərh edib: "Qrupumuzda 1-ci yer uğrunda mübarizə aparacaq əsas komandalardandır. Oyunumuz da alınmadı, uşaqlar sanki start həyəcanını boğa bilmədilər. Nəticədə hesab erkən açıldı. Kodub səhvlər etdik və onlar da bundan maksimum faydalandılar. Onların ilk saniyədən pressinq edəcəklərini demişdik. Ümumiyyətlə, necə oynayacaqlarını başa salmışdıq. Hətta oyunlarını da izləmişdik. Amma komandam deyiləni edə bilmədi. Bir tərəfdən qınamıram, çünki bu səviyyəli oyunlarda iştirak etməyiblər. Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq. Dediklərimizi bu gün meydanda gördülər. Yəqin kii, bundan nəticə çıxaracaqlar”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31