19 Noyabr 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi

Futzal

"Şuşa" 4 futzalçı ilə anlaşıb

Azərbaycan Yüksək Liqasının debütantı “Şuşa” klubu 4 futzalçı ilə anlaşıb.

Futbolxeber.az saytının Futzal Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Neftçi” İK-dən ayrılan Nüsrət Fərzəli və Sadeq Caviditabar mövsümün qalan hissəsini “Şuşa”nın heyətində keçirəcək.

Onlardan başqa, Emil İsrəfilov və Xalid Səfərov də bu komandaya keçib. Hər iki futzalçı “Yasamal Bakı”da çıxış edirdi. Yeni gələnlərlə yanaşı, komandadan ayrılanlar da var. Elvin Qasımov, Feruz Həsənov, Ceyhun Nağıyev və Sabir Hacıəliyev başqa klublarda çıxış edəcəklər.

Qeyd edək ki, “Şuşa” 8 oyundan 6 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30