17 Avqust 2026, Bazar ertəsi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi
"Neftçi" və "Zirə" qələbə qazandı
Zubir “Qarabağ”dan getdi

Futzal

Millimizin heyəti açıqlandı

DÇ-2024-ün elit mərhələsində oktyabrın 6-da Bakıda, 5 gün sonra Astanada Qazaxıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Futbolxeber.az saytına Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, oktyabrın 2-dən etibarən təlim-məşq toplanışına başlayacaq yığmanın baş məşqçisi Vitali Borisov 14 oyunçuya dəvət göndərib.

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe”, Qazaxıstan), Everton Kardoso “Qallo” (“Manzanares”, İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA, Belçika), Murad Quluzadə (“Baku Fire”), Maneka (“A Studio Futsal Nyiregyhaza”, Macarıstan), Qabriel Bastos (“Doukas”, Yunanıstan).

Qeyd edək ki, daha əvvəl Rumıniyaya uduzan (1:3) Azərbaycan millisi Bakıda Niderlandı (6:1) məğlub edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31