3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

İlqar Aslanov: “Yaxşı komanda formalaşdırmağa çalışırıq”

Sentyabrın 26-da Yüksək Liqada yeni - 2023-24-cü il mövsümünə start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, iştirakçı komandalardan biri də 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi olacaq.

Baş məşqçi İlqar Aslanov azfutzal.az-a komandanın hazırkı durumu barədə məlumat verib:

“Avqustun 23-dən məşqlərə başlamışıq. Ona qədər Belarusda keçirilən turnirdə iştirak etdik. Geri döndükdən sonra heyətin demək olar, əksəriyyətini dəyişdik. Çünki yaşla əlaqədar həmin futzalçılar növbəti seçmə mərhələdə bizə kömək edə bilməyəcəkdilər. Ona görə 2006-07-ci il təvəllüdlü oyunçulara üstünlük verdik. Təxminən 20-yə yaxın futzalçı məşqlərdə iştirak edir. Seleksiya xarakterli hazırlıq prosesində iştirak edənlər arasında ötən il U-17-nin formasını geyinən futzalçılar da var. Yeniləri də sınadıq ki, görək, güclü olanları varsa, komandaya dəvət edək. Seçim imkanımız azdı. Komandanın adı U-19 olsa da, üzvlərimizin hamısı 16-17 yaşlılardır. Əlbəttə, çətin olacaq. Digər tərəfdən Yüksək Liqa futzalçıların təcrübə toplaması, oyunlarda “bişməsi” üçün bir platformadır. Komandanın əsas tapşırığı Avropa çempionatı ilə bağlıdır. 

Klubları izləyirik, diqqətimizi cəlb edən oyunçular olur, danışırıq, komandaya dəvət edirik. Amma əksəriyyəti futbolu seçir. Yenə ruhdan düşmürük, işimizi davam etdiririk. Çalışırıq ki, 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə qədər yaxşı komanda quraq”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31