3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

Futzal millimizin potensial rəqibləri müəyyənləşdi

DÇ-2024-ün əsas mərhələsinin pley-off oyunları başa çatıb.

Futbolxebr.az saytının məlumatına görə, iki oyunun yekununda qələbə qazanan Belçika, Almaniya, Çexiya və Niderland daha əvvəl vəsiqəni təmin etmiş Azərbaycan, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, Ermənistan və Ukraynaya qoşulub.

Elit-raundda ümumilikdə 20 komanda hər birində 4 iştirakçı olmaqla 5 qrupda mübarizə aparacaq. Bu mərhələnin püşkü iyulun 8-də atılacaq, oyunları isə cari ilin dekabrın 20-dək yekunlaşacaq.

Reqlamentə əsasən, qrup liderləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı nəticəyə sahib 4 “ikinci” pley-offda iştirak edəcək. Ev və səfər prinsipi ilə keçiriləcək iki matçın ümumi nəticəsində qalib olan komandalar həlledici mərhələyə yüksələcək. Əgər mundial Avropa qitəsində yer alan ölkələrdən birində keçirilərsə, o zaman pley-offa 4 yox, ən yaxşı 2 “ikinci” vəsiqə qazanacaq.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının final mərhələsində 2016-cı ildə debüt edib. Kolumbiyada keçirilən yarışda komandamız mundialı 5-ci pillədə başa vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31