8 Yanvar 2026, Cümə axşamı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq

Futzal

Millimizin baş məşqçisi: “Beynəlxalq oyunlar fərqli keçir”

“Turnirdə ilk oyunumuzu keçirdik. Rəqibimiz daha təcrübəli Fransa yığması idi. Bizim heyət üzvləri ilk dəfə idi beynəlxalq oyunda iştirak edirdi. Düzdür, komanda sentyabrdan Yüksək Liqada iştirak etməklə müəyyən təcrübə əldə edib. Amma beynəlxalq oyunlar fərqli keçir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi İlqar Aslanov Avropa çempionatının əsas mərhələsi çərçivəsində Fransa yığmasına 0:5 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Matça gəldikdə, görüş bizim üçün çətin keçdi. Yenə deyirəm, rəqibimiz bu cür bir neçə oyunda iştirak etdiyindən, daha təcrübəli hesab olunurdu. Razı qaldığım məqam uşaqların heç nədən çəkinmədən sona qədər mübarizə aparmasıdır. Ustalıq səviyyəsində onlardan geri qalsaq da, oyunçularımız əzmkarlıq hesabına nəsə etməyə çalışırdı. Qarşıda daha iki oyunumuz var. Əlbəttə, çalışacağıq ki, xal və ya xallar qazanaq” - deyə o bildirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31