3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

Joze Alesio: “Qələbə şansımız 70 faizə bərabərdi”

“Hazırlıqla bağlı vaxt məhdudiyyəti var. Bu da FİFA-nın rəsmi oyunlar üçün ayırdığı vaxtın azlığından qaynaqlanır. Cəmi 5 məşq keçirəcəyik. Buna görə də yoldaşlıq oyununda da gücümüzü sınaya bilmədik. Çalışacağıq ki, bu qısa müddətdə oyunçulara istədiklərimizi aşılayaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi  Joze Alesio Da Silva DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Yunanıstanla keçirəcəkləri oyun öncəsi birinfqdə deyib.

Braziliyalı mütəxəssis yunanların seçmə mərhələni xalla başa vurmağa çalışacaqlarını qeyd edib: "Rəqibimiz Yunanıstanla son 2 ildə 3 dəfə qarşılaşmışıq və onları məğlub etmişik. Yunanıstan yığması üçün mübarizə artıq başa çatıb. Onlar qrupda keçirdikləri 3 oyunun hamısında məğlub olublar. Yəqin ki, çalışacaqlar son görüşdə xal qazansınlar. Biz isə Yunanıstanla yanaşı, Polşa ilə duel üçün də hazırlığımızı davam etdiririk", - deyə o bildirib.

Alesio Fineonun yüngül zədəsinin olduğunu vurğulayıb: "Amir Shojae isə son matçda zədələnib. O, komandanın sıralarına qoşulmayıb. Onun yoxluğu planlarımıza ciddi təsir etməyəcək. Digər oyunçularımız tam sağlamdır”.

O, qələbə şansını faiz nisbətində belə dəyərləndirib: “Azərbaycan - Yunanıstan oyunu ilə bağlı proqnoza gəldikdə, qələbə qazanmaq şansımızı 70 faizə bərabər hesab edirəm”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31