3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

"Araz-Naxçıvan"ın rəqibləri məlum oldu

Futzal üzrə ölkə birinciliyinin qalibi "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, mübarizəyə əsas mərhələdən start götürəcək Joze Alesionun komandası B yolunda yarışacaq.

Təmsilçimiz burada 5-ci qrupunda olacaq. “Araz Naxçıvan”ın rəqibləri “Mostar” (Bosniya və Herseqovina), həmçinin ilkin mərhələnin D qrupunun (İsveçrə “Mineva”sı, Serbiya “Loznika-Qrad 2018”i, Norveç “Vesteralen”i, San-Marino “Folqore”si) və F qrupunun (Gürcüstan “Georgians”ı, Almaniya “Ştutqart”ı, İsveç “Orebro”su, Türkiyə “İstanbul Şişli”si) qalibləri olacaq. Qrup oyunları Bosniya və Herseqovinada keçiriləcək.

Qeyd edək ki, əsas mərhələnin oyunları 25-30 oktyabr tarixlərində keçiriləcək. B yolunda yalnız qrup qalibləri elit-raunda vəsiqə qazanacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31