2 Noyabr 2025, Bazar günü
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Futzal

Azərbaycan çempionatında 8 komanda

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, toplantıda Yüksək Liqanın 2021-2022-ci il mövsümünə hazırlıq işləri müzakirə olunub.

Yeni mövsümdə 8 komandanın iştirak edəcəyi qərara alınıb. Onlardan 5-i ötən çempionatda da gücünü sınayıb. Daha 2 klub isə debütantdır və biri - “Alyans” FK Lənkəranı təmsil edir.

Federasiya gənc futzalçıların inkişafı və təcrübə toplaması, eləcə də qarşıdan gələn Avropa çempionatına daha yaxşı hazırlaşması məqsədi ilə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin də Yüksək Liqada iştirakına icazə verib.

Beləliklə, Yüksək Liqanın 2021-2022-ci il mövsümündə bu komandalar iştirak edəcək: “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord club az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19.

Qeyd edək ki, çempionat 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. İlk 4 pillədə yer alacaq komandalar (1-4, 2-3) qalibi müəyyənləşdirəcəklər. Yeni mövsümə sentyabrda start veriləcək. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30