20 Yanvar 2026, Çərşənbə axşamı
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu

Futzal

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klub müəyyənləşdi

Azərbaycan Futzal Federasiyasının (AFF) İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri - Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.

İK-nın iclasında pandemiya səbəbindən ötən il martın 14-dən ölkədə idman zallarının fəaliyyətinə qadağanın tətbiq edilməsi və buna görə futzal üzrə Yüksək Liqanın 2020/2021-ci il mövsümünün keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək klub müəyyənləşib.

Qərara əsasən, UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümündə ölkəni “Araz” klubu təmsil edəcək.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin mayın 31-də keçirilmiş iclasında növbəti mövsüm futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək klubun müəyyənləşdirilməsi AFF-yə tapşırılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31