3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

Millimizin hücumçusu: “Azərbaycanda bizi sevənlər çoxdur”

"Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımız münasibəti ilə ilk növbədə komanda yoldaşlarımı və texniki heyətimizi təbrik edirəm. Əlbəttə, Moldova ilə son görüşümüz çox çətin keçdi. Rəqib həqiqətən yaxşı oynadı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal millimizin üzvü Tyaqo Bolinya azfutzal.az-a açıqlamasında deyib.

Moldova ilə matçın asan keçmədiyini deyən hücumçu bundan sonrakı görüşlərdə də qalib gəlməli olduqlarını bildirib: "Bizim üçün vacib olan nəticə idi, onu da əldə etdik. Moldovaya qarşı Bakıda daha yaxşı oynamışdıq. Hakimlərin də müəyyən qədər onlara simpatiyası var idi.

Hazırda birinci pillədə yer almışıq. İndi qalan iki oyunda qələbə qazanmalıyıq ki, həm yerimizi təmin edək, həm də maksimum xal toplayaq. Yəni bizim üçün mübarizə başa çatmayıb. Yəqin fikirləşən olacaq ki, məqsədimizə çatmışıq, qalan matçları zəif keçirəcəyik. Qətiyyən elə olmayacaq. Slovakiya ilə onların meydanındakı oyunumuz bilirik ki, çox çətin keçəcək.

İndi Bakıda hər kəs bizim uğurumuzdan məmnundur. Azarkeşlərimizi təbrik edirəm. Pandemiya ilə əlaqədar zallara  tamaşaçı buraxılmasa da, bilirəm ki, Azərbaycanda bizi sevənlər çoxdur. Biz də onları bu uğurla sevindirdiyimizə görə şadıq.

Təbii ki, final mərhələsi çətin keçəcək. Ancaq ona qədər hələ 2 rəsmi oyunumuz var. Bu mərhələ başa çatdıqdan sonra həlledici mərhələ haqda fikirləşmək olar. Mütləq şəkildə yaxşı hazırlıq keçməliyik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31