Futzal
Millimizin hücumçusu: "Çıxışımızı bu şəkildə davam etdirməliyik"
Avropa çempionatının seçmə mərhələsində dünən növbəti oyununu keçirən Azərbaycan millisi inamlı qələbə qazanıb.
Futboxeber.az saytının məlumatına görə, Bakı İdman Sarayında əldə edilən 5:1 hesablı qələbədə Moldova millisinin qapısından 2 topu komandamızın hücumçusu Bolinha keçirib. Görüşlə bağlı Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verən forvard nəticədən məmnunluğunu gizlətməyib:
“Moldova ilə oyunda çox yaxşı nəticə qazandıq. Ancaq buna çətinliklə nail olduq. Xüsusilə də birinci hissənin əvvəli əziyyətli keçdi. İstənilən halda, çıxışımızı bu şəkildə davam etdirməliyik. Aydın məsələdir ki, bunun üçün ağır məşqlər keçirik. Amma bunu etməsək də, məqsədimizə nail ola bilmərik”.
Cari seçmə mərhələdə vurduğu qolların sayını 3-ə çatdıran hücumçunun xüsusilə də Moldova yığmasına vurduğu sonuncu qol diqqət çəkib. Məhz onun zərbəsi ilə matça yekun vurulub: “Bu oyunda iki qol vurdum, məhsuldar ötürmə verdim. Əlbəttə, buna görə çox məmnunam. Hücumçu kimi üzərimə düşəni etməyə çalışdım. Amma nəticəni komanda şəklində qazanırıq. Komanda yoldaşlarımın hamısını təbrik edirəm. Vurduğum ikinci qol maraqlı alındı. Vaxta baxmadım, zərbəni vurduqdan sonra oyunun başa çatdığını bildirən qonq səsləndi. Yenə deyirəm, milliyə kömək edə bildiyim üçün şadam”.
Tyaqo bu rəqiblə 4 gün sonra keçiriləcək oyunun daha çətin keçəcəyini vurğulayıb: “Səfərdəki oyun burdakı görüşdən çətin keçəcək. Çünki bu dəfə biz qonaq qismində meydana çıxacağıq. Moldova millisi isə doğma meydan amilindən istifadə etməyə çalışacaq. İstənilən komanda öz meydanında daha motivasiyalı olur. Yaxşı köklənməli, diqqətli olmalı, üstünlüyümüzü əldən verməməliyik. Hər epizodu qola çevirməliyik. Biz hər zamankı kimi qələbə qazanmaq üçün meydana çıxacağıq. Komandanın qarşısına konkret məqsəd qoyulub. Buna nail olmaq üçün maksimum çalışmalıyıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- Kipr - Monteneqro matçında 5 qol
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
- Millimiz Vyetnama məğlub oldu
-
18:00
ACF-nin təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçiriləcək
-
17:47
II Liqada 11 oyunun başlama saatı açıqlandı
-
17:11
Dünya çempionatı: cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
-
16:36
Arda Güler 2032-ci ilin yayına kimi “Real”da
-
15:58
Xuan Mata karyerasını başa vurdu
-
15:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
15:05
Millimiz FIFA reytinqində irəlilədi
-
14:43
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş turniri keçiriləcək
-
14:12
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
13:54
Azərbaycanda təmiz idman prinsiplərinin təbliği istiqamətində növbəti tədbir təşkil olunub
-
13:27
Keyn Millətlər Liqasının bombardiri oldu
-
13:00
Ayxan Xəkili Cenevrədə Avropa Atletikasının seminarında iştirak edib
-
12:41
Boksçumuzun erməni rəqibi diskvalifikasiya olunub
-
12:18
“Zirə” və “Qarabağ”ın legionlerləri səfərdə sevindi
-
11:56
Sefas və komandası səfər qolunun qurbanı oldu
-
11:39
“Turan Tovuz”un qapıçısı finalda uduzdu
-
11:03
Kaşuk Gürcüstana qarşı oynadı
-
10:45
U-20 millimiz İraqla bərabərə qaldı VİDEO
-
10:22
Avro-2028: Millimiz 5-ci səbətdə
-
09:54
“Zirə”nin müdafiəçisi millidə zədələndi
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
-
14:52
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar FOTOLENT
-
14:34
Dünya çempionu vəfat edib
-
14:17
Dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək
-
13:41
Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub
-
13:00
Gəncədə "Qarabağ"la oyuna böyük maraq
-
12:28
"Bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq”
-
11:53
“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə
-
11:36
Almaniya Niderlandı darmadağın etdi VİDEO
-
11:09
Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
-
10:45
Verib müsahibə, deyib düşmüşük dibə
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Millimizin qələbəsi VİDEO
-
09:31
“Turan Tovuz”un müdafiəçisi yığmada növbəti oyununa çıxdı
-
09:17
“Sumqayıt”ın oyununun biletləri satışda
-
09:00
“Neftçi”nin legioneri millidə qələbəyə sevindi
18.11.2026
17.11.2026
























