3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

Slovakiyalı futzalçı: "Azərbaycan bizim üçün ən ciddi rəqibdir"

"Final mərhələsinə yollanmaq üçün əla şansımız var. Hazırda hamı bunu xəyal edir".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Slovakiya millisinin futzalçısı Marko Qudaçek Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.

25 yaşlı oyunçu Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektivin qrupdakı ən ciddi rəqib olduğunu bildirib: "Baş məşqçi bizi bu komanda üçün hərtərəfli hazırlamaq istəyir. Artıq rəqibi analiz etmişik, inanıram ki, bizdə hər şey alınacaq. Qələbə istənilən uğurun təməlidir. Koronavirusa yoluxmuş futzalçılarımız vaxtında sağalsa və gənclər adaptasiya mərhələsini tez keçsələr, final mərhələsinə vəsiqə qazana bilərik. Çünki biz güclü komandayıq".

Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31