9 Yanvar 2026, Cümə
Kadidən “qayıtdım” mesajı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı

Futzal

“Komandam Azərbaycana qarşı yaxşı oynadı”

“Yaradılan şəraitə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürümüzü bildiririk. Biz futzal yarışlarında iddialı ölkələrdən hesab edilmirik. Bu cür turnirlərdə təcrübəmizi artırırıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Monteneqro milli komandasının baş məşqçisi Sveto Ljesar deyib.

O, dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına 2:3 hesabı ilə uduzduqları görüşü belə şərh edib:

“Komandam Azərbaycana qarşı yaxşı oynadı. Amma Slovakiya ilə görüşü çox pis keçirmişdik. Artıq Azərbaycan və Slovakiya vəzifəsinin öhdəsindən gəlib. Məncə, komandanız qrupu birinci pillədə başa vuracaq. Çünki Azərbaycan millisi fərqli oyun nümayiş etdirir. Ümumiyyətlə, millinizin dünya çempionatının final mərhələsinə yüksəlmək üçün yaxşı şansı var”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31