3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

"Çempionlar Liqasındakı uğursuzluq Azərbaycan millisinə təsir etməyib"

"Dünəndən məşqlərimiz başlayıb, hazırlıqlar gedir. Bu gün ikinci məşqimizdir. Rəqiblərə qarşı necə oynayacağımızı baş məşqçi bizə göstərir, tapşırıqlarını verir".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Xətai Bağırov Bakıda keçiriləcək dünya çempionatının əsas mərhələsinə hazırlıq barədə danışarkən deyib.

Təcrübəli oyunçu bildirib ki, "Araz"ın heyətində Çempionlar Liqasında uğursuz çıxışları milliyə psixoloji təsir etməyib: "Hər şey yaxşıdır. Düzdür, nəticələrimiz zəif oldu. Bu da məlum səbəblərdən idi. Oyunçularımıza viza verilmədi. Məcburiyyətdən beş nəfər oynayası olduq. Üç ardıcıl məğlubiyyət, əlbəttə, psixoloji təsir edir. Amma artıq yaxşı formaya düşmüşük. Yorğunluq var idi, istirahət edərək, özümüzə gəlmişik".

Bağırov rəqiblər barədə də danışıb: "Slovakiya və Moldova ilə əvvəllər də qarşılaşmışıq, onları tanıyırıq. Fikrimcə, yaxşı nəticə əldə etmək mümkündür. Öz meydanımızda oynayırıq. Rəqiblərə qarşı necə oynayacağımızı bilirik. Ümidvaram ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 23-də Moldova, oktyabrın 24-də Monteneqro, oktyabrın 26-da isə Slovakiya ilə üz-üzə gələcək. Görüşlər Bakı İdman Sarayında təşkil olunacaq.  

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31