Futzal
Millimizin baş məşqçisi: “Strategiyanı dəyişmək qərarına gəldik"
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini icra edən Biro Jade AFFA-nın rəsmi saytına açıqlamalar verib. Futbolxeber.az sizi braziliyalı mütəxəssisin müsahibəsi ilə tanış edir.
- Baş məşqçi vəzifəsinin icraçısı kimi millidə keçirdiyiniz ilk təlim-məşq toplanışı sizi nə dərəcədə razı saldı?
- Buna qədər köməkçi-məşqçi kimi də eyni işləri görürdüm. Sadəcə, fərq ondadır ki, bu dəfə qərarları özüm verirəm. Hazırlığa gəldikdə, məşqlərdə oyunçuların işə yanaşması məni razı saldı. Futzalçılar klubla millinin fərqli olduğunu anlamalı və peşəkar olmalıdırlar. Açığı, dediklərimin şahidi oldum və mənim üçün xoş sürpriz oldu. Məşqdə hər kəs ondan nə tələb olunduğunu bilirdi və qarşılığını vermək üçün sona qədər əlindən gələni edirdi. 10 günlük ilk toplanışımızda komanda üzvləri istədiyimi verdi. Təcrübəli, uzun illərdir millidə oynayan oyunçularımız da köməklərini məndən əsirgəmədilər. Biz bir ailəyik, bunu hər addımımızda sübut etməliyik. Təbii ki, həll edilməmiş suallar var. Xüsusilə də, taktiki planda və standart vəziyyətlər üzərində işləməliyik.
- Komandanın oyun planında dəyişikliklər edəcəksinizmi?
- Avropa çempionatının əsas mərhələsinin oyunlarına hazırlığın ilk hissəsində çalışdıq ki, futzalçıların xarakterini görək, hiss edək. Bəli, günbəgün onların inkişaf etdiyini görürük. Taktiki planda müəyyən dəyişiklik olacaq. Bu dəfə strategiyanı dəyişmək qərarına gəldik. Komandanın bir nəfərdən asılı vəziyyətdə oynamasını istəmirəm. Eyni zamanda standart vəziyyətlərdən – korner, aut, cərimə zərbəsindən qol vurmağın yollarını tapmalıyıq. Bunun üçün də oyunçuların qabiliyyətini yaxşı analiz etməliyik. Elə futzalçı var ki, autdan, bəziləri kornerdən ötürmələr zamanı, bir başqası fintlər etməklə faydalı olurlar. Hər bir futzalçının xarakteristikasını təsbit etmək və öz üslubuna yaxın işi tapşırmaq vacibdir.
- Ölkə xaricində çıxış edən Vitali Borisovu izləyirsinizmi?
- Vitali ağıllı, təcrübəli, hər an oyunun nəticəsini və axarını dəyişəcək qabiliyyətə sahib futzalçıdır. Fiziki hazırlığı qaydasında olarsa, komandaya kömək edə biləcək. Yəni çox şey onun özündən asılıdır.
- Bu dəfə heyətə dəvət etdiyiniz Namiq Məmmədkərimovun 37, Radik Əhmədovun 36 yaşı var. Bu cür toplanışlara gənc futzalçılardan bir neçəsini cəlb etməyiniz daha münasib olmazdımı?
- Hazırkı məqamda bizə təcrübəli futzalçılar lazımdır. Çünki gənclərin təcrübə toplaması, rəsmi oyunlara hazır vəziyyətə çatdırılması üçün 2 ilə yaxın vaxta ehtiyac var. Dəvət etdiyimiz oyunçulardan Faiq Əliyev, Nihad İsmayılov, Anar Məmmədov nisbətən cavandırlar, amma onlar Namiq, Radik qədər təcrübəyə sahib deyil. Rəsmi oyunlara isə təxminən bir ay vaxtımız qalıb.
- Millimizin əsas mərhələdəki rəqibləri haqda hansı məlumatlara sahibsiniz?
- Rəqiblərimizdən oyununu görmədiyimiz komanda Albaniya yığmasıdır. Hazırda bu ölkədə futbol kimi, futzal da inkişafdadır. Təbii ki, hər komandanın öz oyun üslubu, fəlsəfəsi var. Macarıstan millisi ilə 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində qarşılaşmışıq. Son 4-5 ildə isə komandaya ispan məşqçi rəhbərlik edir. Uzun müddət bir yerdə oynamaları, eyni məşqçinin rəhbərliyi altında çıxış etmələri onları irəli aparır. Bosniya və Herseqovina yığması ilə 3-4 il əvvəl qarşılamışıq. Çox çətin, sərt oyun olmuşdu. Rəqibin heyətində texnikalı oyunu ilə seçilən futzalçılar çoxluq təşkil edirdi. Nizam-intizama da xüsusi diqqət yetirirdilər. Çempionatlarına braziliyalı futzalçılar dəvət edirlər ki, bu da ildən-ilə güclənmələrinə kömək edir. Oyunlar asan keçməyəcək, amma bizim məqsədimiz qrup mərhələsini birinci pillədə başa vurmaq və final oyunlarına birbaşa yüksəlməkdir.
- Rəqiblərimiz arasında İspaniya, İtaliya, Rusiya kimi top komandanın olmaması millinin üzvlərində arxayınlıq yarada bilərmi?
- Adlarını çəkdiyiniz komandalar çox güclü və məşhur yığmalardır. Amma hər oyunun, yarışın öz hökmü var. Kolumbiyada keçirilən dünya çempionatında Argentinanın qalib olacağını kim gözləyirdi?! Braziliya və İtaliyanın 1/8, İspaniyanın 1/4 finalda yarışı tərk edəcəyini düşünən neçə nəfər var idi? Deməli, həmin vaxt hazırlıqlı olan və heyətində yaxşı oyunçular yer alan komanda qalib gəlir. Razıyam, bizim millinin qələbə şansını yüksək qiymətləndirirlər. Ancaq bu, təxminlər, proqnozlardır. Biz bunu reallaşdırmaq üçün daha çox çalışmalı, meydana çıxanda göstərməliyik. Yenə deyirəm, Macarıstan, Bosniya və Herseqovina yığmaları ilə oyunlar asan keçməycək.
- Mart ayında yoldaşlıq oyunlarının keçirilməsi nəzərdə tutulubmu?
- Bunu planlaşdırmışıq. Martın 29-da və 30-da bu oyunlar keçiriləcək. Martın əvvəllərində də iki belə oyun təşkil edə bilsəydik, keçdiyimiz məşqin nəticəsini yoxlayardıq. Təəssüf ki, ancaq martın sonlarında oyunlar keçirmək imkanımız olacaq. Rəqibin adını yaxın günlərdə dəqiqləşdirəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
22.09.2026
21.09.2026
20.09.2026
























