5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Tvente”nin hücumçusu: “Cavab oyununda erkən qol vursaq...”

"Tvente"nin hücumçusu Sandre Öryaseter UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"a evdə uduzduqları ilk oyunundan (0:1) sonra fikirlərini bölüşüb.

Futbolxeber.az saytını məlumatına görə, norveçli futbolçunun klubun mətbuat xidmətinə müsahibəsində “Qarabağ” haqda bunları deyib:

“Həqiqətən yaxşı rəqib idi. Amma düşünürəm ki, sərfəli nəticə qazanmamağımızın səbəbi əsasən öz səhvlərimiz oldu. Şanslarımız var idi, amma təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Asan oyun deyildi. Güclü rəqib idi, çox qaçmalı olduq. Mənim də iki qol fürsətim var idi. Onları qola çevirə bilərdim. Buna görə də hazırda hisslərim yaxşı deyil. İndi sadəcə bərpa olub növbəti oyuna hazırlaşmalıyam”.

O, buraxılan qolu belə şərh edib: “Topu itirdik. Rəqib əks-hücumlarda çox təhlükəlidir. Belə qol buraxmaq istəmirdik. Amma məsələ təkcə bu deyil, biz özümüz də qol vurmalı idik. Artıq bunu dəyişmək mümkün deyil”.

“Tvente”nin forvardı cavab oyununa da toxunub: “Əsas məsələ enerjimizi bərpa etmək və ruhdan düşməməkdir. Biz yaxşı komanda olduğumuzu bilirik. Yenə də qol imkanları yarada bilərik. Əgər cavab oyununda erkən qol vursaq, düşünürəm ki, növbəti mərhələyə yüksəlmək şansımız olacaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31