Ölkə futbolu
Sonuncu mogikan və 7 ay əvvəl yazılanların təsdiqi
Dünən “Qarabağ” çoxlarının gözləmədiyi halda səfərdə “Tvente”yə qalib gəldi. Ağdam klubu son 12 ildə hamımızı Avropada qazandığı müsbət nəticələrə alışdırıb. Lakin son zamanlar komandaya qarşı sanki bir inamsızlıq var idi. Məhz bu səbəbdən də dünənki qələbə gözlənilməz hesab olunur.
Bununla belə, dünən Enshededə qazanılan nəticə göstərdi ki, son zamanlar Qurban Qurbanovu da, “Qarabağ”ı da hesabdan silənlər tələsiblər. Özü də bu, “Qarabağ”ın həm “Tvente”, həm də ümumilikdə Niderland klubları üzərində rəsmi oyunlarda ilk qələbəsi kimi tarixə düşdü. Baxmayaraq ki, bəlkə də “Qarabağ” “Tvente” qarşısına heç vaxt olmadığı qədər çətin vəziyyətdə çıxmışdı. Heyətdəki itkilər Ağdam klubunun səfərdə uğurlu nəticə qazanmasına ümidləri azaldırdı.
Təsadüfi deyil ki, oyundan əvvəl keçirilən mətbuat konfransında Qurban Qurbanov indiki “Tvente” ilə 12 il əvvəlki komandanı müqayisə edərkən, “Bəlkə biz o dönəmdə indikindən daha yaxşı idik. Oyunçuların zədəli olduqlarına görə belə fikir deyirəm. O dönəmdə daha hazırlıqlı idik. Daha çox istəkli idik” demişdi. Amma gəl ki, “Qarabağ” heyətdəki itkilərə, çətinliklərə baxmayaraq, Enshededə vacib qələbə qazandı. Təbii ki, bu qələbədə baş məşqçi Qurban Qurbanov ən böyük pay sahibidir. O, ən optimal heyəti seçə bildi və komandanı oyuna necə lazımdır köklədi. Bu da özlüyündə müsbət nəticəni gətirdi.
Təcrübəli mütəxəssislə yanaşı, meydandakı futbolçuların da haqqını vermək lazımdır. Hər biri baş məşqçinin tapşırıqlarını maksimum dərəcədə səhvsiz yerinə yetirməyə çalışırdılar. Zlomisiçliç ardıcıl ikinci matçda qapısını toxunulmaz saxladı, Silva və Varkonyi müdafiədə səhvsiz oynamağa, Lanqa Cəfərquliyevin yoxluğunu unutdurmağa, Musa fərqlənməyə çox çalışdı. Təbii ki, matçdakı yeganə qolun müəllifi olan Kadini də, digərlərini də unutmuruq. Amma mənim üçün dünən meydanın ən yaxşısı Bədavi Hüseynov idi. 35 yaşlı futbolçu 12 il əvvəl olduğu kimi, yenə də Enshededə vuruşdu, komandasının uğuru üçün əlindən gələni etdi. Onun əzmkarlığı “Tvente”nin hücumlarının qarşısını alınmasında böyük rol oynadı. Bədavi Hüseynov 12 il əvvəlki “Qarabağ”dan qalan, yenidən Enshedədə meydana çıxan yeganə futbolçu, necə deyərlər, sonuncu mogikan idi...
Bədavinin dünənki çıxışını izləyərkən yadıma təxminən 7 ay əvvəl Ağdam klubunun “Azərsun Arena”da “Kəpəz”ə qarşı keçirdiyi çempionat oyunu düşdü. Həmin görüşdə “Qarabağ” rəqibinə uduzsa da, Bədavi oyunu ilə alqışı haqq etmişdi. Həmin matçdan sonra Bədavi Hüseynov - gənclər üçün əsl nümunə başlıqlı yazı da yazmışdım. Qeyd etmişdim ki, Bədavi Hüseynov “Kəpəz”lə matçda döyüşkənliyi ilə bir daha həm kapitan sarğısını daşımağa layiq olduğunu sübuta yetirdi, həm də göstərdi ki, futbolda yaş heç də həlledici rol oynamır. 35 yaşı olmasına baxmayaraq, Bədavi dünən meydanda 30 yaşlı Abbas Hüseynovdan da, 27 yaşlı Dani Boltdan da, 25 yaşlı Toral Bayramovdan da, 26 yaşlı Aleksey Kaşukdan da daha çox vuruşdu, daha çox can qoydu. Sonda isə futbolçunun gələcək karyerası ilə bağlı bunları qeyd etmişdik: “Bu yaxınlarda “Futbolxeber”ə müsahibəsi zamanı Bədavi Hüseynov karyerasını mövsümün sonunda başa vurmaq barədə düşünmədiyini bildirdi. Təcrübəli müdafiəçi qeyd etdi ki, yayda baş məşqçi Qurban Qurbanovla bu barədə söhbəti olacaq. Hüseynovun sözlərində inam var idi. O, həm komandaya hələ də fayda verəcək gücdə olduğuna, həm də Qurban Qurbanovun ona ən azı daha bir il şans verəcəyinə inanır. Məncə, dünənki matç bir daha sübut etdi ki, Hüseynovun sözlərində həqiqət var. Onun oyunu ilə özünəinamı üst-üstə düşür. Bir sözlə, təkcə elə dünənki əzmkarlığı, döyüşkənliyi, mübarizliyi təcrübəli müdafiəçinin ən azı daha bir il oynamalı olduğunu təsdiqlədi...”
7 ay sonra – dünən, “Tvente” ilə matçda Bədavi Hüseynov sübut etdi ki, Qurban Qurbanov ona inanmaqla, minimum daha 1 il şans verməklə yanılmayıb...
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
05.10.2026
04.10.2026
03.10.2026
























