4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Dambrauskas: “Bir həftə ərzində səhvlərimizi düzəltməliyik”

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel"ə 1:2 hesabı ilə uduzduqları ilk oyun haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, litvalı mütəxəssis görüşdən sonra açıqlamasında bunları deyib:

"Əvvəlcə "Hapoel"i qələbəsi münasibəti ilə təbrik etmək istəyirəm. Oyuna qolla başlasaq belə, rəqib önə keçməyi bacardı. Həqiqətən də keyfiyyətli komandadır. Daha çox vertikal oynayırdılar. Lakin çalışırdıq ki, ritmi qoruyaq. Oyuna maksimum hazırlaşmağa çalışmışdıq. Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar”.

O, cavab oyununa da toxunub: “Sürüşkən hesabdır. Yəni şansımız var. Ötən mərhələdə "Orhus"a da bu hesabla uduzmuşduq. Lakin Bakıda qələbə qazanmağı bacardıq. Fərqli bir oyun nümayiş etdirdik. Biz cavab oyununda "Hapoel"i səhvə yol verməyə məcbur etməliyik. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31