20 Avqust 2026, Cümə axşamı
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi
“Qarabağ” Niderlanda yollandı
"Neftçi"də serbiyalı vinger

Ölkə futbolu

“Hapoel"in baş məşqçisi: “Qələbəyə görə xoşbəxtəm”

“Hapoel"in (Beer-Şeva) baş məşqçisi Ran Kojuk Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri ilk oyun haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis Bakı təmsilçisi haqda xoş sözlər deyib:

“Qələbəyə görə xoşbəxtəm. Amma bu, yolun yalnız yarısıdır. Futbolçularımın oyunundan razıyam. Onlar çox çalışdılar. “Sabah”ın erkən qolu? Buna hazırlaşmışdıq. "Sabah" əks-hücuma çıxmağı çox yaxşı bacaran komandadır. Qol epizodunda səhvə yol verdik. Köməkçim Ben Binyaminə baxıb dedim ki, dəqiq oynamalıyıq. “Sabah”ın üstünlükləri var və onlar bundan istifadə etməyi bacarırlar. Komanda bu cür epizodlar üçün çox yaxşı hazırlanıb”.

O, bu qələbəyə görə arxayınlaşmayacaqlarını söyləyib:

“Bizim fəlsəfəmiz rəqibi öz tərəfində saxlamaq və çoxsaylı oyunçu ilə təzyiq göstərməklə təhlükəli epizodlar yaratmaqdır. “Sabah”ın yaxşı imkanları var idi. Matçı analiz etməli, nəyin üzərində işləməli olduğumuzu anlamalıyıq. “Sabah”la Bakıda oynayacağıq. Çətin görüş olacaq. Ötən mərhələdə “Orhus” evdə 2:1 hesabı ilə qalib gəldi, sonra “Sabah”a 0:4 hesabı ilə uduzdu. Rəqibimizə hörmətlə yanaşırıq, təvazökar qalacağıq. Ümid edirəm ki, Bakıda yaxşı oyun keçirəcəyik”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31