Ölkə futbolu
Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
"Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Start möhtəşəm alındı.
- Ölkə futbolu adına möhtəşəm start verdik. “Sabah” ilk müjdəni verdi. 2:0 hesablı qələbə ilə. “Zirə”, maşallah, 3:0-lıq qalibiyyət əldə etdi. Ardınca da “Qarabağ” ölkəmizə zəfər gətirdi. Çox razıyam. Çox gözəl bir oyun oldu. Üç qoldan ikisini yeni transferlər vurdu. Bu, məni çox sevindirir.
- Yenilənmiş “Qarabağ”a necə təəssürat yaratdı?
- Bu, ilk oyun idi. İnşallah, komanda çox güclənəcək. Müdafiəmiz də, hücumumuz da yaxşı təsir bağışladı. Zubir əla qol vurdu. Əslində biz uzun müddət idi danışırdıq ki, nəyisə təzələmək lazımdır. Bu, Qurban hocanın da arzusu idi. Amma alınmırdı. Bu dəfə hamımız başa düşdük ki, hər şey dəyişməlidir. 8 oyunçu transfer etmişik. Qurban hoca “Vestri” ilə oyunda onların demək olar hamısına şans verdi.
- Yenə tranfer olacaq?
- İnşallah, olacaq. “Qarabağ”a tarixindəki ən böyük büdcəni vermişik. Mən bunu keçən il də demişdim. Bu, həqiqətən də belədir. Bu il “Qarabağ” tarixinin ən güclüsüdür. Daha bir neçə transfer gözləyirik. Qurban hoca istəsə, biz də onu dəstəkləyəcəyik.
- Demək olar ki, köklü dəyişikliyə səbəb çempionluğun əldən getməsi oldu?
- Bəzən həyat insanı etməli olduğu hərəkətə vadar edir. Bizə bəlkə də bu lazım idi ki, özümüzə gələk və radikal addımlar ataq. Düz deyirsiniz, bəlkə də çempion olsaydıq, bizdə bu qədər yenilənməyə cəsarət olmayacaqdı. Mən hesab edirəm ki, həyatda uğurlar qədər insanın düşdüyü çətinliklər də ona kömək edir. “Qarabağ” bu vəziyyətdən düzgün istifadə etdi. Doğru yoldayıq, mən bunu bilirəm.
- Kamilo Duranın gedişi “Qarabağ” tarixində ən bahalı satış olacaq. Bunu gözləyirdiniz?
- Bizim Duranı buraxmaq fikrimiz yox idi. Hətta o qiymətə də. “Qarabağ”ın bu gün şükür ki, o pula ehtiyacı yoxdur. Biz futbolçu alanda onu asanlıqla buraxmırıq, satmırıq. İstəyirik ki, bizə gələnlər də ambisiyaları böyük futbolçular olsun. Ümidləri olmalıdır ki, “Qarabağ”dan daha böyük yerlərə gedəcəyik. Düşündük ki, satsaq, bu, gələcək futbolçular üçün stimul olar. Özünə düzgün qiymət verən futbolçunu buraxırıq. Ağır qərar idi. Saxladıqca qiyməti artır. Amma bu, gələcək üçün lazım idi.
- 1 il qabaq ölkə çempionatında legioner limitinin əleyhinə olduğunuzu demişdiniz. İndi hansı fikirdəsiniz?
- Həmin fikirdəyəm. Legioner limitinin ləğvi qısa müddətdə klublara kömək edir. Amma ölkə futboluna xeyrini görmürəm. Hesab edirəm ki, bu, zərərdir. Amma oyunun qaydası necədirsə, biz də ona uyğun oynayırıq.
- “Qarabağ”ın baza tikmək üçün ərazi aldığı deyilir. Bu, doğru xəbərdir?
- Bu haqda danışmaq hələ tezdir, alınsa, həyatımın ən xoşbəxt günündə hamınızı dəvət edəcəm. Amma hələ bir xəbər yoxdur. Biz də maraqla gözləyirik. Hər insan istəyir ki, öz izini buraxsın. Bu baş versə, mənim Azərbaycan futboluna töhfəm olacaq.
- Rəqibin gücünü nəzərə alsaq, “Vestri” ilə matçda bu qədər azarkeş olacağını gözləyirdiniz?
- Bəli, digər klublarla müqayisədə azarkeş sayı 5 qat oldu. Bu, “Qarabağ”a olan sevgidir. Mən bunu görürəm, daha da ruhlanıram. Böyük dəstək idi. “Qarabağ”ın ölkəmizin ürəyində başqa yeri var. Adımızla, tariximizlə başqa yer tutmuşuq.
- Elvin Cəfərquliyevin klubdakı gələcəyini necə görürsünüz?
- Mən onun getməsinin tərəfdarı deyiləm. Amma bu, klub prezidenti kimi fikdimdir. Qərar verən Qurban hocadır. O necə desə, elə də olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları açıqlandı
-
15:04
Murad Fətiyev yarımfinalda uduzdu: “Bürünc” üçün yarışacaq
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
-
11:32
Varkonyinin debütu yenə baş tutmadı
-
11:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
08.10.2026
07.10.2026
06.10.2026
























