8 Oktyabr 2026, Cümə axşamı
“Şahdağ Qusar”dan darmadağın
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi

Ölkə futbolu

"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ" İslandiyanın "Vestri" klubunu 3:0 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, "Vestri" klubunun baş məşqçisi Daniel Osafo-Badu matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:

"Çox çətin oyun oldu. "Qarabağ" öz keyfiyyətini göstərdi. Lakin oyunçularımın nümayiş etdirdiyi futboldan razıyam və onlarla fəxr edirəm. Yaxşı müdafiə olunduq. Buraxdığımız üç qoldan ikisi fərdi səhvlərimizdən irəli gəldi. Ümumilikdə isə futbolçularımdan razıyam".

- Sanki daha böyükhesablı məğlubiyyətdən ehtiyat edirdiniz?

- Xeyr, Səhv başa düşülməsin. Mən nəticədən məmnun qalmadım. Sadəcə qazandığımız təcrübədən və oyunçularımın nümayiş etdirdiyi performansından razı qaldım.

- Növbəti matç üçün nələri dəyişməyi planlaşdırırsınız?

- Hazırlaşmaq üçün vaxtımız var. Buna ciddi fokuslanmalıyıq. Həm oyun keyfiyyətimizi, həm də topla oynamaq bacarığımızı daha da artırmalıyıq.

- Oyunçularınızdan konkret hansı məqamlarda razı qaldınız?

- "Qarabağ" fantastik oynadı. Onlara qarşı mübarizə aparmaq çox çətindir. Rəqib verdiyimiz boşluqlardan dərhal yararlandı. Eşitmişdim ki, kimlərsə "Qarabağ"ın bizə 10 qol vuracağını ehtimal edirdi. Əgər ilk hissə 1:0 bitsəydi, hər şey daha fərqli ola bilərdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31