8 Oktyabr 2026, Cümə axşamı
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

Aydın Bayramov: “Bizi səfərdə çətin oyun gözləyir”

“Oyuna yaxşı hazırlaşmışdıq. Düzdür, vaxtımız çox az idi. Çünki Konfrans Liqasına qatılmağımız gözlənilmədən oldu. Çalışdıq ki, az vaxt ərzində yaxşı hazırlaşaq. Məncə, istədiyimizə nail olduq. “Torpedo”ya qarşı yaxşı oyun sərgilədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin qapıçısı Aydın Bayramov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Kutaisi “Torpedo”sunu 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, böyük hesablı qələbəyə baxmayaraq, matçın heç də asan alınmadığını bildirib: “Torpedo” avrokuboklara vəsiqə qazanıbsa, deməli, güclüdür. Hesaba baxmayaraq, matç çətin alındı. Xüsusən də ilk hissədə daha çətin idi. Həm külək, həm də oyunun təzyiqi özünü göstərirdi. Şükürlər olsun ki, qalib gəldik”.

30 yaşlı qolkiper özlərinə güvəndiklərini bildirib: “Qalib gəlsək də, “Torpedo” daha hazırlıqlı idi. Çünki Gürcüstanda çempionat davam edir. Amma istənilən halda özümüzə güvənirik. Hər matça qələbə üçün çıxırıq. Bu oyuna da yalnız qalib gəlmək üçün çıxmışdıq”.

A.Bayramov cavab oyunundan da söz açıb: “Heç nə həll olunmayıb. Bizi səfərdə çətin oyun gözləyir. “Torpedo” öz azarkeşləri qarşısında oynayacaq. Doğma divarlar arasında onlar qalib gəlmək, vəziyyəti dəyişmək üçün əllərindən gələni edəcəklər”.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31