23 Noyabr 2026, Bazar ertəsi
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”
U-20 millimiz İraqa qalib gəldi

Ölkə futbolu

"Qarabağ"ın "Vestri" üçün heyəti

"Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini dünən gecə UEFA-ya təqdim edib.

Futbolxeber.az saytının məlumatına görə, yekun siyahıda 24 futbolçu yer alıb. Onlardan 4 nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbidir.

"Qarabağ"ın legionerlərindən Joni Montiel, Jeremi Qnali və yeni transferlərdən qapıçı Martin Zlomisliç "Vestri" ilə oyunlar üçün siyahıda yer almayıb. Amma onlar növbəti avrokuboklar matçları üçün siyahıya düşə bilərlər.

"Qarabağ"ın iştirak ərizəsi:

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Teymur Həsənov (B), Bilal Hacıyev (B) Mateuş Koxalski

Müdafiəçilər: Mateus Silva, Bençe Varkonyi, Bruno Lanqa, Bəhlul Mustafazadə, Dani Bolt, Elvin Cəfərquliyev, Bədavi Hüseynov.

Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Abdullah Zubir, Kadi, Oleksey Kaşuk, Cebrail Makreşkis, Hikmət Cəbrayılzadə (B), Pedro Bikalyo, Əli Bəşirov (B), Samuel Lobato.

Hücumçular: Zakariya Savo, Musa Qurbanlı, Renaldo Sefas.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30