Ölkə futbolu
“Qarabağ”ın büdcəsi artacaq”
"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçiriləcək oyundan öncə jurnalistlər üçün brifinq keçirib.
Futbolxeber.az saytının məlumatına görə, klub rəhbəri əvvəlcə sabahkı oyun barədə fikirlərini bölüşüb:
- Bu gün harada olduğumuzu dərk etməliyik. Avropada yüksək liqada oynayan 850 klub var. Onların əksəriyyətinin büdcəsi bizdən qat-qat yüksəkdir. II Liqa klublarını da götürsək, onların bir çoxunun büdcəsi bizdən çoxdur. Demək olar ki, 2000-2500 klubun arasında ilk "24-lük"dəyik. Bu, doğrudan da möcüzədir. Hamımızda böyük qürur və özünəinam yaranmalıdır. "Qarabağ" son vaxtlar gərgin qrafikdə idi. İki dəfə Şamaxıda süni örrtükdə, Qubada gilin üstündə oyun keçirdik. Futbolçularımızda fiziki cəhətdən yorğunluq yaransa da, Qurban Qurbanovun dediyi kimi, "Qarabağ"da motivasiya ən yüksək səviyyədədir. Sabahkı oyunun önəmini bilirik. Əminəm ki, futbolçularımız özlərində ilahi bir qüvvə tapacaqlar. "Ayntraxt"la matçda 65-ci dəqiqədən sonra hücumlar edib qələbə qazandıq. İnanıram ki, sabah da belə olacaq. "Nyukasl" İngiltərənin fiziki cəhətdən ən yaxşı klublarından biridir. Büdcəsi 1milyard dollardır. Büdcə baxımından bizdən 50 qat öndədirlər. Amma onlar qarşılarında inamlı, hər zamankı kimi hücum futbolu oynayan bir "Qarabağ" görəcəklər. Nəticənin necə olacağını bilmirəm. Arzum budur ki, oynadığı oyunla xalqın alqışını alan bir "Qarabağ" görək. Buralara baş məşqçimiz Qurban Qurbanovun, futbolçuların, Prezident İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik. Sabah hamımız "Qarabağ"ın yanında olaq. İnşallah xalqımızı sevindirmək bizə qismət olar.
- Çempionlar Liqasından əldə olunan gəlirləri də nəzərə alsaq, gələn mövsüm üçün büdcənin artmaq ehtimalı var?
- Əlbəttə ki, artacaq. Builki qazancımızı 2-3 il üçün planlayıb oyun qabiliyyətimizi necə artıra biləcəyimizi düşünəcəyik. Qurban müəllimlə daim təmasdayıq. Ona dəstək veririk. Hər mövqe üçün futbolçu axtarırıq. "Qarabağ" bazardadır, keyfiyyətimizi artırmaq üçün əlimizdən gələni edirik.
- "Nyukasl"la oyunlarda sizi qayğılandıran məqamlar var?
- Arzum budur ki, Bakıdakı oyunda qələbə qazanaq. Buradan qələbə ruhu ilə çıxsaq, İngiltərədə nəticə əldə edə bilərik.
- Yeni mövsümdə Çempionlar Liqasında iddianın davam etməsi üçün Premyer Liqada çempion olmaq lazımdır. Hazırda "Qarabağ" 2-ci pillədədir. Bu, sizi qayğılandırır?
- Yüz faiz. Əgər "Qarabağ"ın hədəfi Avropadırsa, bu tempdə bir tərəfdə itki olacaq. Bu, bir faktdır, gərək bunu qəbul edək. Həm Çempionlar Liqasında, həm daxili çempionatdakı oyunlar futbolçularımız üçün çox ağırdır. Üç gündən bir oyun keçiririk. Bunun təsiri var. Klublarımızda da inkişaf var. "Sabah"ın özü də bir möcüzədir. Möhtəşəm komanda qurublar. Çox güclü rəqibdir. "Neftçi"nin özü də. Artıq Azərbaycan Premyer Liqasında da keyfiyyət artır. Amma Qubadakı stadionun vəziyyətini görəndə insan bir az məyus olur. Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istəyiriksə, infrastruktur yaxşılaşdırılmalıdır. 3-4 il ərzində "Qarabağ"ın çox yaxşı infrastrukturu olmalıdır. Klub prezidenti kimi bu, mənim arzumdur. Digər klublar da buna səy göstərməlidir.
- Bəziləri düşünür ki, "Qarabağ" Konfrans Liqasında oynasa, finala qədər gedə bilər. Siz necə düşünürsüz?
- İnsan əlindən gələni etməlidir. Biz əlimizdən gələni edəcəyik. Hamınız əmin ola bilərsiz ki, klubun içində motivasiya yüksək səviyyədədir. "Qarabağ" o qədər gözəl, müqəddəs ailədir ki... Biz savaşan komandayıq, savaşçı ruhumuz var. Çempionluq qismət olsa, Çempionlar Liqasında vuruşacağıq. Olmasa Avropa Liqasında və ya Konfrans Liqasında.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- II Liqada 4 oyunda 22 qol
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
09:15
Milli komandamız Litvaya qarşı
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
04.10.2026
03.10.2026
02.10.2026
























